Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə məktub ünvanlayıb.
Teleqraf.com rəsmi dövlət informasiya agentliyi – AzərTAc-a istinadən verdiyi xəbərə görə, məktubda deyilir: “Möhtərəm Ayətullah Xameneyi həzrətləri, Sizə səmimi salamlarımı yetirməkdən məmnunam. Üzərinizdə aparılmış cərrahiyyə əməliyyatının uğurla həyata keçməsi məni çox sevindirdi. Əməliyyatdan sonra tezliklə sağalmağınızı diləyirəm. Sizə möhkəm cansağlığı, uzun ömür, işlərinizdə uğurlar arzulayıram”.
Səxavət