Fövqəladə Hallar Nazirliyi ötən gün “Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı növbəti məlumat yayıb.
Nazilrikdən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallar 900 m² sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.