12 Avqust 2019 22:39
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboyda baş verən yol qəzası zamanı ölən və yaralananların şəxsiyyətləri məlum olub.

Rayonun Kəpənəkçi kənd sakini, 1960-cı il təvəllüdlü Güloğlan Hümmət oğlu Tağıyevin idarə etdiyi "VAZ-21015" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində onun atası, 1940-cı il təvəllüdlü Hümmət İbrahim oğlu Tağıyev hadisə yerində ölüb.

Qəza zamanı habelə sürücü və onun oğlu, 1995-ci il təvəllüdlü Tağıyev Xaliq Güloğlan oğlu isə müxtəlif bədən xəsarətləri alıblar. Hər iki yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

21:34

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hərəkətdə olan "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com