16 Avqust 2019 00:41
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayonuna piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Xoşbulaq-Daşkəsən yolunda qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən uşağı avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada elə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər