28 Avqust 2019 08:16
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir İstilik Elektrik Stansiyasında bədbəxt hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər sakini, İES-də fəhlə kimi çalışan 1985-ci il təvəllüdlü Yəhyayev Sənan Ramik oğlu iş zamanı hündürlükdən yıxılaraq 6000 kv-lıq elektrik naqilinin üzərinə düşüb. Hadisə nəticəsində 34 yaşlı Sənan yanaraq vəfat edib.

Qeyd edək ki, Sənan Yəhyayev ailənin yeganə oğlan övladı olub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər