Daxili İşlər Nazirliyi Biləsuvar rayonunda baş verən qəza ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini S.Fərəczadə idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı maneəyə vurub aşırmışdır. Nəticədə sərnişinlərindən oğlu Səfər və qardaşı oğlu Riad Hüseynov hadisə yerində ölüb, sürücü və digər sərnişini olan 2 qızı, Günel Hüseynova və onun oğlu xəstəxanaya yerləşdirilib, G.Hüseynova orada ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
***
09:45
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində Bakı şəhər sakini Sədaqət Fərhadzadə idarə etdiyi "Hyundai" markalı avtomobili yolun kənarındakı maneəyə vurub.
Hadisə nəticəsində avtomobildə olan sərnişinlər Səfər Fərhadzadə, Riyad Hüseynov və Günel Hüseynova hadisə yerində dünyasını dəyişib.
Sürücü Sədaqət Fərhadzadə və digər iki sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.