İmişlidə uşaq kanala yıxılaraq boğulub.
Azərtac xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində rayonun Cəfərli kəndində baş verib.
2011-ci il təvəllüdlü Əli Tağıyev kollektorun üzərindəki taxta körpüdən keçərkən yıxılaraq suya düşüb və boğulub. Uşağın cəsədi kənd sakinləri tərəfindən sudan çıxarılaraq yaxınlarına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.