Ağcabədi rayonunda oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Ağcabədi rayon polis şöbəsinə rayon ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Dərhal rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Mağaza sahibi oradakı seyfdən 1856 manat pulun oğurlandığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini D.Abışov saxlanılıb.