12 Sentyabr 2019 23:15
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib.

1997-ci il təvəllüdlü İsmayılov Abdulla Nemət oğlu idarə etdiyi "Fiat" markalı avtomobillə Qala-Pirallahı avtomobil yolunda hərəkətdə olarkən yolu keçən, şəxsiyyəti məlum olmayan 65-70 yaşlı kişini vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com