14 Sentyabr 2019 16:24
374
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə İmişil şəhər Xanhüseyn Bəylərov küçəsində qeydə alınıb.

Belə ki, rayonun Şahverdili kənd sakini, 1991-ci il təvəllüdlü İmanov Cəlil Daşqın oğlu idarə etdiyi “VAZ-2101” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın aşıb.

Qəza nəticəsində sürücü və həmkəndlisi olan sərnişin, 1941-ci il təvəllüdlü İsmayılov Cəbrayıl Cabbar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Report/


Müəllif: Teleqraf.com