14 Sentyabr 2019 23:10
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar şəhərində, şəhər sakini 2007-ci il təvəllüdlü Xankişizadə Mahir Nağı oğlu yolu keçərkən avtomobil vurub.

“Report” xəbər verir ki, yaralı əvvəlcə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Lakin 12 yaşlı yeniyetmənin vəziyyəti ağırlaşdıqdan sonra Bakıya, 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Uşağa kəllə-beyin və bədənin müştərək travması diaqnozu qoyulub.

Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər