Göygöl rayonunda gənc qız itkin düşüb.
Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Qırıxlı kəndində qeydə alınıb.
Kənd sakini - 1992-ci il təvəllüdlü Maviyyə İmanquliyeva sentyabrın 15-də axşam saatlarında yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Ailə üzvlərinin dediyinə görə, M.İmanquliyeva ruhi xəstədir.
Faktla bağlı araşdırma aparılır.