Sakit okeanda, Tonqa adaları sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, "UTC" vaxtı ilə saat 07:32-də qeydə alınan zəlzələnin episentri Hihifo yaaşyış məntəqəsindən 79 kilometr şimal-şərqdə, ocağı isə 8,6 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.