Daxili İşlər Nazirliyi Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, hadisə sentyabrın 23-də saat 12 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verib.
Şirvan şəhər sakini A.Cavadov 149 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtobusu yağış suları üçün nəzərdə tutulmuş su arxına aşırıb.
Nəticədə avtobusdakı sərnişin, Bakı şəhər sakini Mürvət Rəsulov xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.