Oktyabrın 3-dən 5-dək İsveçrənin Cenevrə şəhərində ATƏT Parlament Assambleyasının payız sessiyası keçiriləcək. Teleqraf.com xəbər verir ki, qurumun rəsmi saytında yerləşdirilmiş məlumata görə, sessiya çərçivəsində assambleyanın konfransı, Aralıq dənizi Forumu və daimi komitənin iclasları keçiriləcək.
“Yeni təhlükəsizlik çağırışları: parlamentlərin rolu” devizi altında keçiriləcək konfrans çərçivəsində ATƏT-in təhlükəsizliyin ölçülərini əhatə edən hər üç komitəsinin iclaslarının keçirilməsi nəzərdə tutulur.
Parlamentlərarası dialoqun inkişaf etdirilməsinə xidmət edən payız sessiyası ATƏT-in vəzifələri ilə bağlı aktual mövzulara dair mühüm forumdur.
Səxavət