16 Sentyabr 2014 16:12
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almaq istəyi təqdirəlayiqdir. Çünki Mərkəzi Asiya regionunda baş verən proseslərin müzakirəsində iştirak etmək Azərbaycan üçün maraqlıdır”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almaqla daha bir dialoq meydanı əldə etmiş olur. Onun sözlərinə görə, bu təşkilata müşahidəçi statusu əldə etməklə Azərbaycan üzərinə hər hansı bir öhdəlik götürmür: “Azərbaycan bu status əldə etməklə öz maraqlarına daxil olan məsələlərin müzakirəsi zamanı mövqe bildirmək imkanı qazanacaq. Yəni, bu təşkilat ölkəmiz üçün dialoq meydanı olacaq”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər