“İran İŞİD problemində Suriya məsələsinə görə geri çəkilir”.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, onsuz da Amerika nəyi yaxşı etsə belə, İran onun əleyhinə çıxır:
“Bu dini zehniyyətdir və verilən qərar da bu zehniyyətin yaramazlıqlarıdır. Çox təəssüflər ki, Türkiyə də artıq neçənci dəfədir səhvə yol verir. Birinci dəfə Amerikanın İraqa hücumu zamanı səhv elədi. İndi də İŞİD-ə qarşı mübarizədə səhvə yol verir. Zənnimcə, bu hərəkət NATO üzvü kimi Türkiyənin özü üçün xoşagəlməz nəticələr yaradacaq”.
Q.Hüseynli deyib ki, bu məsələdə bir qisim müsəlman ölkələri İslami nöqteyi-nəzərdən hərəkət edir: “Əgər günahsız insanların başını kəsirlərsə, onların İslamla hansı bağlılığı var? İranla Türkiyənin hərəkətləri göstərir ki, onlar İslami baxımdan hərəkət edirlər. Bu məsələdə Türkiyənin hərəkəti ümumiyyətlə başa düşülən deyil, çünki NATO ölkəsidir. İŞİD-də bu yandan Türkiyəyə hücum etməyə hazırlaşır”.
BƏXTİYAR