Bakının Binəqədi rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, Biləcəri qəsəbəsi ərazisindəki evlərin birindən 5000 manat və 2300 ABŞ dolları, habelə 12.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Z.Orucov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.