Gecə Xətai rayonunda hündürmərtəbəli binada yanğın hadisəsi baş verib. Bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində beşi uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimalı ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb. Onların vəziyyəti qənaətbəxşdir.
Təxliyə zamanı Fövqəladə Hallar Nazirliyini əməkdaşlarının və polislərin fədakarlığını əks etdirən fotolar sosial şəbəkələrdə yayılıb.
Teleqraf.com fotoqraf Famil Mahmudbəylinin hadisə yerindən çəkdiyi fotoları təqdim edir: