Bakının Sabunçu rayonunda dələduzluq faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, 13-cü polis bölməsinə müraciət edən Bakı şəhər sakini Q.Umarova cari ilin avqust ayında Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş P.Əliyevin onu aldadaraq 15.000 manatını aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən P.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun borclu şəxs qismində axtarışda olması da müəyyən edilib.