19 Sentyabr 2014 16:44
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın enerji siyasətindən təhlükə hiss edən qüvvələr, erməni diasporası hər zaman bu üsullardan istifadə edir”.

Bu fikirləri Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində önəmli rol oynaması bir çox qüvvələri narahat edir:

“Məhz buna görə də Azərbaycana təzyiqlər göstərmək üçün müxtəlif vasitələrə əl atılır. Azərbaycanın enerji siyasətindən təhlükə hiss edən qüvvələr, erməni diasporası hər zaman bu üsullardan istifadə edir. Lakin əminəm ki, bu qətnamə Azərbaycan-Avropa münasibətlərini pozmayacaq və bizim əməkdaşlığımız bir sıra sahələrdə davam etdiriləcək”.

Millət vəkili deyib ki, belə bir qətnamə qəbul etmək əvəzinə, yaxşı olardı Avropa Parlamenti Azərbaycanın işğal olunmuş əraziləri və mövcud münaqişəyə yönəlik qəbul etdiyi qətnamələrin icrası ilə bağlı hər hansı qərarlar qəbul eləsin.

A.Mollazadənin sözlərinə görə, bu qurum tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və Ermənistanı sülhə məcbur etməklə bağlı çıxarılacaq qərarlar bölgəyə sülhü, stabilliyi sürətlə gətirə bilərdi:

“Çox təəssüf ki, müvafiq ikili standart, yəni erməni təşkilatlarının təsiri belə bir işi davam etdirməyə imkan vermir. Lakin biz yenə də bu sualları qaldırmalıyıq. Ələlxüsus, Ukraynadakı hadisələrdən sonra nə üçün Ermənistana qarşı müvafiq sanksiyalar müzakirə mövzusu deyil? Çünki Azərbaycan ərazilərini uzun illərdir işğal etmiş Ermənistan sülh istiqamətində heç bir addım atmır. Deməli, Avropa Parlamenti bu istiqamətdə həm Azərbaycan, Moldova, Ukrayna və Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı müvafiq qərarlar verməlidir. Biz bu məsələ ilə bağlı digər 3 ölkənin parlamentariləri ilə müzakirələr aparacağıq”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər