22 Sentyabr 2014 15:00
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etmək məqsədilə sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfər edib.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində E.Məmmədyarovun BMT-nin 69-cı sessiyasında iştirakı və sessiyanın ümumi müzakirələr hissəsində çıxışı, BMT-nin müxtəlif məsələlərə həsr olunmuş iclaslarında iştirakı və ikitərəfli və çoxtərəfli əsasda çoxsaylı görüşləri nəzərdə tutulub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər