Bakıda əxlaqsızlıq etməkdə təqsirli bilinən Elzamin Tarverdiyev həbs edilib.
Teleqraf.com xəbər verir ki, Elzamin Tarverdiyev paytaxtın Xətai rayonu ərazisində azyaşlı oğlana qarşı əxlaqsız hərəkətlər edib.
Azyaşlının valideynlərinin şikayəti əsasında Elzamin Tarverdiyev həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib və hakim Fərid Yaqubovun icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə qapalı məhkəmə iclası başlanacaq.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə mühakimə olunan şəxsləri bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.