Həştərxan hava limanına enə bilməyən “Buta Airways”in təyyarəsi Bakının hava limanına qayıdıb.
Teleqraf.com xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Təyyarənin geri qayıtmasına səbəb Həştərxan hava limanında güclü dumanın olmasıdır.
Hava gəmisi yerli vaxtla 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.
Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.
Xatırladaq ki, “Buta Airways” “J2-9235” nömrəli Bakıda Həştərxan reysi həftədə iki dəfə (bazar ertəsi və cümə axşamı) həyata keçirir.