Prezident İlham Əliyev “Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyovu qəbul edib.
Teleqraf.com-un məlumatına görə, “Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov rəhbərlik etdiyi qurumun fəaliyyətinə ölkəmizdə yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını bildirərək bu agentlik vasitəsilə Azərbaycanla bağlı verilən müxtəlif səpkili informasiyaların Rusiya oxucusu üçün xüsusi maraq doğurduğunu diqqətə çatdırıb. O, Azərbaycanda mövcud olan rusdilli informasiya vasitələrinə və rusdilli təhsil müəssisələrinə yaradılan şəraiti də yüksək dəyərləndirib.
Dövlət başçısı son illər ölkəmizdə təhsil, mədəniyyət, kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı müxtəlif dövlət proqramlarının uğurla həyata keçirildiyini vurğulayıb.
Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında mətbuat və informasiya sahəsində mövcud olan əməkdaşlığın müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə əlaqələrin genişləndirilməsinin və intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.
Səxavət