22 Yanvar 2020 00:39
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com FHN-ə istinadən xəbər verir ki, rayonunun Şilyan kəndində “Ford” markalı mikroavtobus və “Беларусь” markalı traktor toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com