27 Yanvar 2020 08:05
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Los Anjelesdə dünyanın ən məhşur basketbolçularından olan 41 yaşlı K.Brayant və 13 yaşlı qızı qəzaya uğrayan helikopterdə həlak olublar.

Teleqraf.com-un məlumatına görə, qəza nəticəsində ümumilikdə 5 nəfər ölüb.

Kobe Brayant Amerika Milli Basketbol Assosiasiyasının (NBA) əfsanələrindən olub və "Los Angeles Leykers" komandasını təmsil edib.

Qeyd edək ki, NBA tarixinin ən güclü basketbolçularından olmuş "Qara mamba" ləqəbli K.Brayant Afina (2004) və London (2012) olimpiadalarının, eləcə də FIBA Amerika çempionatının (2007) qalibi olub.


Müəllif: Teleqraf.com