Türkiyənin Adana şəhərində dəhşətli hadisə yaşanıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, dostu ilə birlikdə səyahətə çıxan Mehtap Ateş tualet ehtiyacı üçün yol kənarında avtomobildən düşüb. Bir müddət gəlmədiyini görən dostu onu axtarmağa başlayıb və dayandıqları yerdən bir qədər aralıda parçalanmış cəsədlə qarşılaşıb. Geyindiyi paltardan onun Mehtap olduğunu tanıyıb və dərhal polisə xəbər verib.
Hadisə yerinə gələn polis əməkdaşları araşdırmalara başlayıblar. İlkin ehtimala görə, 31 yaşlı qızı yoldan keçən başqa bir avtomobil vurub.