2 Fevral 2020 20:55
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə bu gün axşam saatlarında yeni Ələt-Astara magistral yolunun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“QAZel” markalı maşınla “Hyundai” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alanın olduğu bildirilir. Hadisə yerinə təcili yardım maşını göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com