3 Fevral 2020 12:45
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda gecə klubunun seyfindən 3400 manat oğurlanıb.

Teleqraf.com xəbər verir ki, oğurluq etdiyinə görə tutulan R.Dadaşzadənin ətrafında Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşları tərəfindən araşdırma aparılır.

Aparılan əməliyyat tədbirləri ilə onun fevralın 1-nə keçən gecə Nobel prospektindəki gecə klublarının birindəki seyfdən 3400 manat oğurlaması müəyyən edilib.


Müəllif: Hacı Zeynalov