Tovuz rayonunda oğurluq hadisəsi olub.
Teleqraf.com xəbər verir ki, Tovuz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də rayon ərazisindəki evlərin birindən 11.000 manat və 200 ABŞ dolları, habelə 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xatınlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Rüstəmov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.