11 Fevral 2020 12:27
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş verən qətllə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, fevralın 10-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisindən qəsəbə sakini Faiq İsgəndərovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilərkən yolda ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin münaqişə zəminində həmyerlisi K.Məmmədov tərəfindən törədilməsi və “VAZ-2107” markalı avtomobildə hadisə yerini tərk etməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsinin Gəncə şəhəri ərazisində hərəkətdə olması aşkar edilib.

Goranboy rayon polis şöbəsi və Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən K.Məmmədov saxlanılıb.

Faktla bağlı Goranboy rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər