Bakının Yasamal rayonunda 46 yaşlı kişi itkin düşüb.
Teleqraf.com-un xəbərinə görə, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Bayramov Elçin Qurban oğlu bu ilin fevralın 3-də, saat 09.3da evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun itkin düşməsi ilə bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə müraciət edilib.
Elçin Bayramovun ruhi xəstə olduğu bildirilir. O, evdən çıxan zaman əynində göy polver, qara şalvar olub. Onu görənlərdən 0515370607 və 0705610333 nömrəli telefonlarla əlaqə saxlamları xahiş olunur.