Bakının Sabunçu rayonunda canavar yerli sakini dişləyib.
Canavarın hücumuna Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivinin sakini 1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin oğlu məruz qalıb.
Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib.
C.Cahangirov təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb./report/