23 Fevral 2020 21:35
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda hiss olundu

Saat 20:00-da Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində 5,8 maqnitudada növbəti zəlzələ qeydə alınıb.

Bu barədə Teleqraf.com Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 3-4 bala qədər hiss olunub.


Müəllif: Teleqraf.com