Daxili İşlər Nazirliyi paytaxtda polis əməkdaşının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.
İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.
Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı - A.Ramazanov saxlanılıb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
***
09:32
Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun M.Nağıyev küçəsi 3, mənzil 1-də qeydə alınıb.
Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Araz Ramazanov mübahisə zəminində qardaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.
Qeyd edək ki, Anar Ramazanov Nəsimi rayon Pollsi İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşı olub.
Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Araz Ramazaonov saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində yaranan mübahisə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adanm öldürmə) maddəsi ilə cinayət işi başlanıb.