Bakıda yol qəzası baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
O, qeyd edib ki, Heydər Əliyev prospektindəki körpünün altında yük maşını aşıb: “Hazırda şəhər istiqamətində həmin hissəyədək nəqliyyatın sıxlığı müşahidə olunur”.