Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Lökbatan qəsəbəsi ərazisində Neftçala rayon sakini AMəmmədov idarə etdiyi “TOFAŞ” markalı avtomobili aşırıb.
Nəticədə avtomobildəki sərnişinlərindən Cəlilabad rayon sakini Loğman Cəfərov hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.