Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-da əcnəbi vətəndaşa məxsus 300 manat, 1550 lirə, 280 lari pulu və mobil telefonu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş X.Əliyev saxlanılıb.