Şamaxı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, Şamaxı şəhər sakini, 1981-ci il təvəllüdlü Ömərov Xalid İsmayıl oğlu bu gün rayonun Kərkənc kəndi ərazisində yerləşən göldə balıq tutarkən ehtiyatsızlıqdan ayağı sürüşərək suya yıxılıb.
Xalid Ömərov köməksiz vəziyyətdə qaldığı üçün suda boğularaq ölüb. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.