12 Mart 2020 10:38
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki şəhərində oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, ötən ilin dekabr ayında Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini bir qadın evindən qızıl-zinət əşyalarının və bank kartının oğurlandığını bildirib.

Daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, 27 yaşlı Asif Mustafayev saxlanılıb.

O, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, həmin oğurluğu Şəkidə qadının evində kirayə qaldığı zaman etdiyini, daha sonra oğurladığı qızılları dəyərindən ucuz qiymətə Bakı şəhərində satdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər