Bakının Səbail rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.İbrahimovun işlədiyi kafedən 157 manatını əlindən almaqda şübhəli bilinən Bakı şəhər sakini A.Adışirinov saxlanılıb.
İstintaq araşdırması zamanı onun əvvəllərdə məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.