1 Aprel 2020 13:51
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, martın 31-də saat 17 radələrində Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində Korgöz qəsəbə sakini A.Həsənov idarə etdiyi “Lada Priora” markalı avtomobili aşırıb.

Nəticədə avtomobildəki sərnişinlər - qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov