Bakının Xətai rayonunda isə ümumi sahəsi 100 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları 14 m² sahədə və içərisinə yığılan 2 m³ taxta materiallar yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata əsasən, qarajın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.