Bakının Suraxanı rayonunda taksi sürücüsünə qarşı cinayət hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə müraciət edən Qaraçuxur qəsəbə sakini H.Baxşəliyev aprelin 5-də saat 2 radələrində qəsəbə ərazisində “VAZ-21015” markalı avtomobilinə sərnişin qismində oturmuş 2 nəfərin onu yumruqla vuraraq mobil telefonunu və avtomobildə olan maqnitofonunu aldığını deyib.
Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri K.Bayramov və əvvəllər məhkum olunmuş Ə.Məmiyev müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.