7 Aprel 15:14
371

Martın 28-də İsmayıllı rayonunun Tubukənd kəndi ərazisində tanınmaz halda olan naməlum kişi meyiti aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, meyitin tapıldığı ərazidə ona aid olduğu ehtimal edilən içərisi qəhvəyi, çölü isə mavi rəngli parça gödəkçə, göy rəngli cins şalvar, qara rəngli köynək tapılıb.

“Yaşı təxminən 30-40 arası, qan qrupu 3+ dür. Şəxsiyyəti istintaqa məlum olmayan, yuxarıda qeyd olunmuş əlamətlərə uyğun gələn şəxs barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00, (050) 210-94-95 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, - deyə məlumatda qeyd olunub.


Müəllif: Hacı Zeynalov