Ağcabədi rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən yeniytemə həbs edilib.
Teleqraf.com xəbər verir ki, Ağcabədi rayon sakini, 2003-cü il təvəllüdlü Kamil İsmayılov şəxsi münasibətlər zəminində tanışı, 2003-cü il təvəllüdlü Sənan Rüstəmovu bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
Hadisəni törədən şəxs polisin keçirdiyi əməliyyat nəticəsində həbs olunub.
Faktla bağlı cinayət işi başlanıb.