Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 104 manat pul, 1000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Abdullayev saxlanılıb.
Ətraflarında aparılmış tədbirlərlə onun bir metal qəbulu məntəqəsindən 2945 manat dəyərində metal qırıntıları oğurlaması da müəyyən edilib.
İstintaq araşdırması zamanı B.Abdullayevin əvvəllər də məhkum olunduğu məlum olub.
Faktla bağlı cinayət işi başlanıb.