Daxili İşlər Nazirliyi paytaxtda baş verən qəza ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, hadisə aprelin 15-də saat 17 radələrində Binəqədi rayonunun C.Xəndan küçəsində baş verib.
Göyçay rayon sakini S.Salmanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Müşərrəf Verdiyevanı vurub.
M.Verdiyeva xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.
Qeyd edək ki, Müşərrəf Verdiyeva müğənni olub.