Bakının Xətai rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsi 37-ci polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-də əcnəbi vətəndaşın mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxst tutulub.
Həbs olunan Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş V.Tağıyevdir.